Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb. Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb.
  • Fanat
  • 2 Mart 2019 21:29
  •  1 743

"Neftçi" "Sabah"ı darmadağın edərək, vahid liderə çevrildi

Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Lider "Neftçi" debütant "Sabah"ı qəbul edib.

"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 9-cu dəqiqədə "Neftçi"nin yeni transferi Canluka Sansone açıb. Təkbətəkdən fərqlənən italiyalı hücumçu Premyer Liqada ilk qolunu vurub. 24-cü dəqiqədə kapitan Emin Mahmudov qüvvətli zərbə ilə topu "9-luğ"a göndərib. Oyunda son nöqtəni 79-cu dəqiqədə Baqali Dabo qoyub. Fransalı hücumçu qollarının sayını 9-a çatdıraraq, bombardirlər siyahısında liderliyini möhkəmlədib.

Flaqman oyunu azlıqda başa vurub. 84-cü dəqiqədə Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.

Bu qələbə sayəsində xallarını 41-ə çatdıran "Neftçi" ən azı bir günlük vahid liderə çevrilib. 21 xala malik "Sabah" isə 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Səbail" "Sumqayıt"la qolsuz heç-heçə edib - 0:0. Tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

AzNews.az