• Fanat
  • 5 Mart 2019 17:08
  •  494

Kliçkonun rinqə qayıtması üçün 40 milyon dollar təklif edildi

Təklif olunan müqavilə əsasında Kliçko üç döyüşə çıxmalıdır.

Tanınmış ukraynalı boksçu Vladimir Kliçkonun yenidən rinqə qayıtması üçün 40 milyon dollar təklif edilib.

Təklif olunan müqavilə əsasında Kliçko üç döyüşə çıxmalıdır. Birinci döyüş Almaniyada ən güclü onluqda olan boksçu ilə, ikinci və üçüncü döyüşlər isə Entoni Djouş və Tayson Fyuri ilə olmalıdır. Əgər razılıq olsa, hər üç döyüş may, sentyabr və dekabr aylarında keçiriləcək.

Qeyd edək ki, 2017-ci ilin avqust ayında ağır çəki üzrə sabiq dünya çempionu Vladimir Kliçko karyerasına son qoyduğunu rəsmən bəyan edib. Vladimir Kliçko 1996-cı ildən peşəkar boks yarışlarında çıxış etməyə başlayıb.

O, WBO, IBO, IBF və WBA versiyaları üzrə dünya çempionu olub. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 21 illik karyerasında 69 döyüşü olub, onlardan 64-də qalib gəlib.(AZƏRTAC)

AzNews.az