Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər. Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər.
  • Fanat
  • 27 Mart 2019 23:01
  •  2 132

UEFA Ukrayna yığmasını ciddi cəzalandıra bilər

Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər.

UEFA İntizam Komitəsi Ukrayna yığmasına qarşı iş açıb.

Bu, milliləşdirilmiş braziliyalı hücumçu Junior Moraesin AVRO-2020-nin iki seçmə matçında iştirakı ilə əlaqədardır. Məsələyə komitənin yaxın iclaslarının birində baxılacağı açıqlansa da dəqiq tarix məlum deyil.

Moraesin AVRO-2020-nin seçmə matçlarında iştirakından Portuqaliya və Lüksemburq Futbol federasiyaları şikayət edib. Onlar 31 yaşlı forvardın Ukrayna yığmasında çıxış etmək huququnun olmadığını iddia edirlər. Bu, "sambaçı"nın yeni vətənində ölkəni tərk etmədən 5 il yaşamaması ilə əlaqələndirilir.

Etirazlar qəbul olunsa, Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər. Halbuki Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv səfərdə Portuqaliya ilə qolsuz heç-heçəyə, Lüksemburq üzərində isə 2:1 hesablı qələbəyə nail olub. Hazırda bu komanda 4 xalla B qrupunun lideridir. (report)

AzNews.az