Moskva "Spartak"ı əslən azərbaycanlı olan futbolçu Ayaz Quliyevi cəzalandırıb Moskva "Spartak"ı əslən azərbaycanlı olan futbolçu Ayaz Quliyevi cəzalandırıb
  • Fanat
  • 12 Aprel 2019 15:42
  •  3 788

Azərbaycanlı futbolçuya 5 milyon cərimə

Moskva "Spartak"ı əslən azərbaycanlı olan futbolçu Ayaz Quliyevi cəzalandırıb

Rusiya mətbuatı xəbər verir ki, buna səbəb 23 yaşlı yarımmüdafiəçinin ötən gün Moskva küçələrinin birində amerikalı turistlə dalaşması olub.

Paytaxt təmsilçisi avtomobillə turistin həyatı üçün təhlükə yaradan, daha sonra isə onun burnunu sındıran futbolçunu əvəzedici komandaya göndərib, amma ikinci komandada oynamasına da icazə verilməyib.

Quliyev orada ancaq məşq edə bilər.

Bundan başqa xəbərdə Ayazın 5 milyon rubl cərimə olunacağı bildirilib.(modern.az)

AzNews.az