"Real"ın banka illik ödənişi 2023-cü ilin 30 iyulundan etibarən 29.5 milyon avro təşkil edəcək "Real"ın banka illik ödənişi 2023-cü ilin 30 iyulundan etibarən 29.5 milyon avro təşkil edəcək
  • Fanat
  • 13 Aprel 2019 14:14
  •  2 064

"Real" 575 milyon kredit götürüb

"Real"ın banka illik ödənişi 2023-cü ilin 30 iyulundan etibarən 29.5 milyon avro təşkil edəcək

"Real" ev oyunlarını keçirdyi "Santyaqo Bernabeu" stadionunun yenidən qurulması üçün maliyyə vəsaiti alıb.

Madrid təmsilçisi 575 milyon avro məbləğində kredit götürüb. Borc illik 2.5 faiz olmaqla 30 il müddətinə götürülüb. Tikinti üçün nəzərdə tutulan məbləğ "kral klubu"nun hesabına 3 mərhələdə (2019, 2020 və 2021-ci illərdə) köçürüləcək.

"Real"ın banka illik ödənişi 2023-cü ilin 30 iyulundan etibarən 29.5 milyon avro təşkil edəcək. Paytaxt klubunun borcu 2049-cu ilin iyul ayında tam olaraq bağlanacaq.

Qeyd edək ki, layihəni "JP Morgan" və "Bank of America Merrill Lynch" "Banco Santander", "Societe Generale" və "CaixaBank"la birlikdə maliyyələşdirəcək. (Qol.az)