"Silahlı oyunlardan xoşum gəlmir" "Silahlı oyunlardan xoşum gəlmir"
  • Fanat
  • 16 Aprel 2019 13:58
  •  2 318

“Həyat yoldaşım məni hədələyir” - “Qarabağ”ın futbolçusu

"Silahlı oyunlardan xoşum gəlmir"

“Evimdə “Playstation” var. Tez-tez futbol oynayıram. Silahlı oyunlardan xoşum gəlmir. İşim olan idman növü daha çox maraq yaradır”.

Bu sözləri Polşa mətbuatına müsahibəsində “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.

O, həyat yoldaşının “Playstation” oynamasından narazı qaldığını bildirib: “Yalnız FİFA oynayıram. Həyat yoldaşım bu vəziyyətə tez-tez əsəbiləşir. O, məni “Playstation”u evdən atmaqla hədələyir. Çünki saatlarla futbol oynamaqdan doymuram. Həmçinin yutubda videolara çox baxıram. Bu öyrəşdiyim bir şeydir”.(qafqazinfo.az)

AzNews.az