"Spartak" vitse-prezidenti ilə yollarını ayıracağını açıqladı

"Spartak"da əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir.

Rusiyanın "Spartak" klubu vitse-prezidenti Nail İzmaylov və idman direktoru Sergey Rodionovla yollarını ayıracağını açıqlayıb.

Hər iki şəxs mövsümün sonundan sonra klubu tərk edəcək.

Qeyd edək ki, "Spartak"da əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. Komanda Premyer Liqanın XXV turunda "Arsenal"a (Tula) 0:3 hesabı ilə uduzub. "Spartak" hazırda 39 xalla beşinci yerdədir. (report)

AzNews.az