Milli futbolçu oyun ərzində bir neçə qol imkanlarını boşa verib. Milli futbolçu oyun ərzində bir neçə qol imkanlarını boşa verib.
  • Fanat
  • 28 Aprel 2019 20:28
  •  1 528

Ramil Şeydayev "Zenit"lə oyunda qırmızı vərəqə aldı

Milli futbolçu oyun ərzində bir neçə qol imkanlarını boşa verib.

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Krılya Sovetov" klubu Rusiya çempionatının 26-cı turunda "Zenit"in qonağı olub.

Sankt-Peterburq şəhərinin "Qazprom Arena" stadionunda baş tutan görüş ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ramil Şeydayev start heyətində meydana çıxıb. Milli futbolçu oyun ərzində bir neçə qol imkanlarını boşa verib. Şeydayev matçın 47 və 78-ci dəqiqələrində baş hakim Aleksey Yeskov tərəfindən aldığı sarı vərəqlərdən sonra meydandan qovulub.

"Zenit" bu qələbədən sonra xallarının sayını 57-yə çatdırıb və əvvəlki kimi Rusiya Premyer Liqasının turnir cədvəlinə liderlik edir. "Krılya Sovetov" 27 xalla 13-cü pillədədir.

Rusiya Premyer Liqası. 26-cı tur

"Zenit" – "Krılya Sovetov" - 4:2

Qollar: 1:0 – Azmun – 9, 2:0 – Azmun – 30, 3:0 – Burlak – 35 (avtoqol), 3:1 – Tkaçuk – 40, 3:2 – Tkaçuk – 44, 4:2 – Smolnikov – 90+1

Qırmızı vərəqə: Şeydaev, 78 ("Krılya Sovetov") (report)

AzNews.az