"Tottenhem"də arzularımızı yaşayırıq" "Tottenhem"də arzularımızı yaşayırıq"
  • Fanat
  • 30 Aprel 2019 12:51
  •  925

“Messi oynamasa, şanslar bərabərləşər” - Poçettino

"Tottenhem"də arzularımızı yaşayırıq"

"Çempionlar Liqasının yarımfinalı bir xəyaldır".

Bu sözləri İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Mauritsio Poçettino Çempionlar Liqasının yarımfinalı çərçivəsində bu gün “Ayaks”a qarşı keçirəcəkləri matçdan əvvəl deyib.

O bildirib ki, bütün xəyalları, arzuları kənara qoyub oyuna köklənmək lazımdır: “Hər şeyi bir kənara qoymaq lazımdır. Oyuna motivasiya olmaq lazımdır. Bütün olanlar 5 il əvvəl bizim üçün yuxu idi. Amma hazırda bu yuxunu reallıqda yaşayırıq”.

Argentinalı mütəxəssis komandasının sürətli futbol oynadığını bildirib: “Sürətli komandayıq. Biz hər şey edə bilərik, sürprizlərə də imza atmağa qadirik”.

Poçettino ÇL-in favoritinin adını da açıqlayıb: “Çempionlar Liqasında tarazlığı Lionel Messinin olması pozur. Onun olduğu komanda daim favoritdir. Əgər Messi oynamasa, bütün komandaların şansı bərabərləşər. Bu cür yüksək səviyyəli futbolçu ilə oynamaq sadəcə qalib olmaq ehtimalını artırır”.(qafqazinfo.az)

AzNews.az