"Barselona"nın prezidenti klubun baş məşqçi ilə bağlı qərarını açıqladı

"Onun klubla müqaviləsi var və məşqçinin işindən məmnunuq"

İspaniyanın "Barselona" klubu baş məşqçi Ernesto Valverdenin komandadan göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu açıqlama verib.

O, Direktorlar Şurasının 55 yaşlı mütəxəssisi dəstəklədiyini deyib. Bartomeu Valverdenin kollektivə lazım olduğunu söyləyib: "Onun klubla müqaviləsi var və məşqçinin işindən məmnunuq".

Qeyd edək ki, "Barselona" Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Liverpul"a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib. (report)

AzNews.az