• Fanat
  • 20 İyul 2019 18:31
  •  329

“Roma” İquaini 1 illik icarəyə götürmək istəyir

Paytaxt təmsilçisi argentinalı hücumçunu icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək

"Roma" "Yuventus"un hücumçusu Qonzalo İquaini icarəyə götürmək niyyətindədir.

Paytaxt təmsilçisi argentinalı hücumçunu bir illik icarəyə götürmək üçün 6 milyon avro ödəyəcək. Bildirilir ki, "Roma" 31 yaşlı idmançını 27 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna da malik olacaq.

Bu barədə klublar anlaşsa da, İquainin təklifi qəbul etmədiyi qeyd edilir. "Yuventus"un təcrübəli futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadacağı və icarəyə göndərməyə razı salacağı gözlənilir.(trend.az)

AzNews.az