Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb
  • Fanat
  • 23 İyul 2019 16:30
  •  1 998

EYOF: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazandı

Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

51 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə Ukrayna təmsilçisi Sanya Yakovlevlə üz-üzə gəlib. Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb.

Bu gün güləşçilərdən 4-ü final, biri isə bürünc medal görüşünü keçirəcək.

Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.(report.az)

AzNews.az