Qarşılaşmanı Asif Şirəliyev idarə edib Qarşılaşmanı Asif Şirəliyev idarə edib
  • Fanat
  • 15 Sentyabr 2019 12:18
  •  1 858

Azərbaycanlı referinin idarə etdiyi güləş yarışında maraqlı hadisə olub - VİDEO

Qarşılaşmanı Asif Şirəliyev idarə edib

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı hadisə baş verib.

Bu, yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində ABŞ təmsilçisi Treysi Qangelo Hankok və ukraynalı Nikolay Krısov arasındakı 1/16 final görüşünə təsadüf edib.

İlk hissənin son saniyələrində Hankok Krısovu döşəkdən kənara atarkən, rəqib reklam lövhəsinin üzərinə, ardınca isə qonşu döşəyə düşüb.

Qarşılaşmanı azərbaycanlı referi Asif Şirəliyev idarə edib. (report)

AzNews.az