Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib
  • Fanat
  • 17 Sentyabr 2019 19:33
  •  1 690

Hücumçu qəzəblənərək məşqçini vurdu - VİDEO

Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib

İtaliyanın "Yuventus" komandasının futbolçusu Qonzalo İquain Çempionlar Liqasının qrup mərhələsinin I turunda İspaniya "Atletiko"su (Madrid) ilə qarşılaşacaqları matçdan öncə məşq zamanı qəzəblənib.

32 yaşlı hücumçu topa çata bilməyib və köməkçi məşqçilərdən birinin dizinə vurub. Argentinalı oyunçu daha sonra reklam lövhəsinə vurmağa başlayıb. Onu komanda yoldaşı Leonardo Bonuççi sakitləşdirib.

Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək "Atletiko" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(report.az)

AzNews.az