11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir 11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir
  • Fanat
  • 23 Sentyabr 2019 15:16
  •  2 102

Atletika üzrə dünya çempionatına Azərbaycandan 4 idmançı gedir - ADLAR

11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir

27 senytabr – 6 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada atletika üzrə dünya çempionatı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasından verilən məlumata görə, bu yarışda baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında dörd idmançı ölkəmizi təmsil edəcək.

Bunlar Nazim Babayev, Aleksis Kopelyo (üç təkanla tullanma), Evans Kiplaqat (marafon qaçışı) və Anna Skidandır (çəkic atma).

Ümumilikdə 11 gün davam edəcək yarışlarda 209 ölkədən 1900 idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, yarışdan əvvəl – 24-26 sentyabr tarixlərində Dohada Beynəlxalq Atletika Federasiyasının 52-ci Seçki-Hesabat Konqresi keçiriləcək. Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə və baş katibi Məhərrəm Sultanzadə Dohaya səfər edərək, həmin konqresdə iştirak edəcək.

AzNews.az