- Fanat
- 23 Sentyabr 2019 23:20
- 2 116
İlin ən yaxşı məşqçisinin adı açıqlandı
Bu ada “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb
FİFA 2019-cu ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.
Mükafatın sahibi İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təşkil olunan tədbirdə elan olunub.
Bu ada “Liverpul”un almaniyalı baş məşqçisi Yurgen Klopp layiq görülüb. O, “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettino və “Mançester Siti”yə rəhbərlik edən Xosep Qvardiolanı arxada qoyub.
Qeyd edək ki, ən yaxşı çalışdırıcı milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşib.(apa.az)
AzNews.az