Bu, Yamussa Kamaradır Bu, Yamussa Kamaradır
  • Fanat
  • 14 Noyabr 2019 17:38
  •  2 142

“Neftçi”də qvineyalı futbolçu peyda oldu

Bu, Yamussa Kamaradır

“Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib.

Bu, qvineyalı Yamussa Kamaradır.

19 yaşlı Kamara hücumameyilli yarımmüdafiəçidir. Vətənində “Sent Mari” akademiyasında (2012-2016), eləcə də “Elefant de Kolea” (2016/17), “Satellit” (2017/18) və “Kalum Star” (2018/19) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq. (oxu.az)

AzNews.az