• Fanat
  • 13 Dekabr 2019 20:40

“Qalatasaray” dünya çempionunu heyətdən kənarlaşdırdı

Buna fransalı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi səbəb olub

Türkiyənin "Qalatasaray" klubu əsas komandanın futbolçusu Stiven Nzonzini heyətdən kənarlaşdırıb.

İstanbul təmsilçisinin rəsmi "Twitter" səhifəsi xəbər verir ki, buna 30 yaşlı fransalı yarımmüdafiəçinin məşqdə intizamsızlıq etməsi səbəb olub.

Qeyd edək ki, Stiven Nzonzi müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsusdur. O, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.(report.az)

AzNews.az