Cavab görüşü iyunun 19-da "Bank Respublika Arena"da keçiriləcək Cavab görüşü iyunun 19-da "Bank Respublika Arena"da keçiriləcək
  • Fanat
  • 15 Dekabr 2019 17:36
  •  2 796

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verildi

Cavab görüşü iyunun 19-da "Bank Respublika Arena"da keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Günün ilk oyununda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk 2 qolu 19-cu və 44-cü dəqiqələrdə Klesio Bauk vurub. Son nöqtəni isə 87-ci dəqiqədə Ülvi İsgəndərov qoyub.

Cavab görüşü iyunun 19-da "Bank Respublika Arena"da keçiriləcək.

Qeyd edək ki, hazırda "Səbail" - "Zirə" matçı keçirilir. Hələlik hesab açılmayıb - 0:0. İlk oyunlara dekabrın 16-da "Neftçi" - Sumqayıt" və "Qarabağ" - "Keşlə" görüşləri ilə yekun vurulacaq.(report.az)

AzNews.az