7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib 7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib
  • Fanat
  • 22 Fevral 2020 18:30
  •  5 105

Premyer Liqasında XVIII tura start verilib

7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

AzNews.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" və "Neftçi" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hər iki qol ilk yarıda vurulub. 7-ci dəqiqədə Anton Krivotsyuk, 14-cü dəqiqədə isə Baqali Dabo fərqlənib.

Beləliklə, ardıcıl ikinci qalibiyyətinə imza atan "Neftçi" xalını 33-ə çatdırıb və ikinci pillədə möhkəmlənib. Qış fasiləsindən sonra 4 görüşünün hamısından məğlub ayrılan "Qəbələ" isə 13 xalla sonuncu - 8-ci pillədə qalıb.

Qeyd edək ki, saat 17:00-a "Keşlə" - "Zirə" matçı başlanacaq. Tura fevralın 23-də keçiriləcək "Sabah" - "Səbail" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.