İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera XXVII turun “Rizəspor”la oyununda zədələnib İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera XXVII turun “Rizəspor”la oyununda zədələnib
  • Fanat
  • 15 İyun 2020 10:41
  •  4 084

Fernando Musleranın ayağı qırılıb

İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera XXVII turun “Rizəspor”la oyununda zədələnib

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

AzNews.az-ın məlumatına görə, İstanbul təmsilçisinin qapıçısı Fernando Muslera XXVII turun “Rizəspor”la oyununda zədələnib.

Uruqvaylı qolkiper 15-ci dəqiqədə ayağından xəsarət alıb. Rəqib futbolçu Milan Şkoda ilə toqquşmada əlcək sahibinin sağ ayağı qırılıb.

Oyunu davam etdirə bilməyən Musleranı Okan Kocuk əvəzləyib. 9 ildir oynadığı “Qalatasaray”da cəmi 13 matç buraxan Fernando bu gün İstanbulda əməliyyat olunacaq.