Oyun 5:0 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb Oyun 5:0 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb
  • Fanat
  • 13 Sentyabr 2020 15:34
  •  3 807

Ronaldo yeni mövsümdə ilk qolunu vurdu

Oyun 5:0 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb

“Yuventus”un forvardı Kriştiano Ronaldo yeni mövsümdə ilk qolunu vurub.

AzNews.az bildirir ki, portuqaliyalı “Novara” ilə yoldaşlıq matçında fərqlənməyi bacarıb. Futbolçu bu oyunda hesabı açıb. Oyun 5:0 hesabı ilə "Yuventus"un xeyrinə başa çatıb.

Xatırladaq ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının 2-ci turunda səfərdə İsveç üzərində 2:0 hesablı qələbəsi zamanı Ronadlo 100-cü qolunu vurmuşdu. O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən (109 qol) geri qalır.