Bu barədə qurumun prezidenti Canni İnfantino İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konafransında deyib Bu barədə qurumun prezidenti Canni İnfantino İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konafransında deyib
  • Fanat
  • 18 Sentyabr 2020 19:05
  •  4 658

FIFA futbola sərmayəni 5 dəfə artırdı

Bu barədə qurumun prezidenti Canni İnfantino İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konafransında deyib

FIFA koronavirus pandemiyasına baxmayaraq, futbola daha çox vəsait ayırıb.

AzNews.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Canni İnfantino İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konafransında deyib.

Funksioner bildirib ki, futbola qoyulan investisiya 5 dəfə artırılıb: "Kiçik virus bu sahədə çalışanların necə həssas və bir-birinə bağlı olduğunu göstərdi. Bu çətin günlərdə həmrəylik göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. İcraiyyə Komitəsinə təşəkkür etmək istəyirəm, operativ şəkildə apardığımız əməliyyat işini təmin edə bildik. 1,5 milyard ABŞ dolları məbləğində yardımı təsdiqlədik. FİFA-nın maddi vəziyyəti yaxşı olduğu üçün bunu bacardıq".

İnfantino futbola kömək etməli olduqlarını söyləyib: "Bu idman növünə sərmayəni 5 qat artıra bildik. İndiki vaxtda bizə faydalı olan vəsaitə qənaət etməyi bacardıq. Böhran FIFA-da deyil, futboldadır. Ona kömək etməliyik".