Mövsümün ilk “El-Klasiko”sunu “Real” qazandı

Bir oyun az keçirən "Barselona" 7 xalla 10-cudur

Bu gün La Liqada mövsümün ilk "El-Klasiko"su keçirilib.

AzNews.az xəbər verir ki, “Barselona” 7-ci turda “Real”ı qəbul edib. Qarşılaşma Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra “Real” xallarını 13-ə çatdıraraq liderliyə yüksəlib. "Rea Sosyedad" 11 xalla 2-cidir. Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Vilyarreal" eyni xalla 3-cüdür. Bir oyun az keçirən "Barselona" isə 7 xalla 10-cudur.

24 oktyabr

İspaniya La Liqası, 7-ci tur

"Barselona" - "Real" - 1:3
Qollar: Valverde, 5 (0:1), Fati, 8 (1:1), Ramos, 63-pen. (1:2), Modriç, 90 (1:3)