Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub
  • Fanat
  • 13 Dekabr 2020 21:26
  •  3 718

Güləşçimiz yarımfinala yüksəldi

Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub

Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

AzNews.az xəbər verir ki, dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Böyüklərin yarışında mübarizəyə başlayan Nihat Məmmədli (60 kq) dünya ikincisi və Avropa çempionu olmuş Moldova güləşçisinə uduzub.

Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə çətinlik çəkmədən qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı rəqib keçilməz olub.

Millimizin üzvü Beka Kandelaki (130 kq) debütdə sonuncu Avropa çempionu Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində “tuşe” ilə qalib gələn güləşçimiz yarımfinala yüksəlib.