- Fanat
- 17 Yanvar 2021 11:18
- 5 551
“Çelsi” derbidə qalib gəldi
“Çelsi”nin yeganə qolunu 78-ci dəqiqədə Meyson Maunt vurub
“Çelsi” İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində səfərdə "Fulhem"ə qalib gəlib.
AzNews.az xəbər verir ki, London derbisində qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nin yeganə qolunu 78-ci dəqiqədə Meyson Maunt vurub.
Qələbə "Çelsi"yə 29 xal toplamağa və turnir cədvəlində yeddinci yerə yüksəlməyə imkan verib. Aktivində 12 xalı olan "Fulhem" isə yarış cədvəlində 18-ci yerdə qərarlaşıb.
"Çelsi" yanvarın 19-da keçiriləcək növbəti turda səfərdə "Lester"lə oynayacaq. "Fulhem" bir gün sonra öz meydanında "Mançester Yunayted"i qəbul edəcək.