İdmançı həyatı ilə vidalaşanları şəxsən tanıyıram İdmançı həyatı ilə vidalaşanları şəxsən tanıyıram
  • Fanat
  • 28 Yanvar 2021 13:38
  •  6 067

“Peşəkar idmançılar il ərzində zaldan kənar qaldığı üçün artıq peşəkar sayılmır”

İdmançı həyatı ilə vidalaşanları şəxsən tanıyıram

“İdmanı unutmaq olmaz. Yumşalma qaydalarında idman zallarıyla bağlı qərar ölkə idmanını uçurumdan xilas edəcək”.

AzNews.az xəbər verir ki, bu haqda idman aparıcısı Sənan Şəfizadə sosial şəbəkə hesabında yazıb.

“Əlbəttə əsas sağlamlıqdı. Sağlamlıq olmasa idmandan danışmağa dəyməz. Amma idmançıların vəziyyətini düşünməliyik. Peşəkar idmançılar il ərzində zaldan kənar qaldığı üçün artıq peşəkar sayılmır. Yeniyetmələr arasında idmandan ayrılanlar var. İdmançı həyatı ilə vidalaşanları şəxsən tanıyıram. Karyerasını başa vuranlar arasında dünya, Avropa çempionları var. Zalların sahəsindən asılı olaraq müəyyən sayda idmançıların, o cümlədən adi insanların məşqinə icazə verilsə, həm də işsiz qalan məşqiçilər sevinəcək. İdman təkcə əsas komandalardan ibarət deyil. Gənclər, yeniyetmələrdən ibarət komandalar, idman məktəblərindəki uşaqlar bizim gələcəyimizdi”, - deyə aparıcı əlavə edib.

Səidə

AzNews.az