5-ci oyun günündə iki matç baş tutacaq və bununla 1-ci tura yekun vurulacaq 5-ci oyun günündə iki matç baş tutacaq və bununla 1-ci tura yekun vurulacaq
  • Fanat
  • 15 İyun 2021 10:57
  •  7 407

“Ölüm qrupu”nda oyunlar bu gün başlayır

5-ci oyun günündə iki matç baş tutacaq və bununla 1-ci tura yekun vurulacaq

Avro-2020-nin qrup mərhələsinin matçları davam edir.

AzNews.az xəbər verir ki, 5-ci oyun günündə iki matç baş tutacaq və bununla 1-ci tura yekun vurulacaq.

“Ölüm qrupu” adlanan F qrupunda oyunlar bu gün start götürür. Son Avropa çempionu Portuqaliya Macarıstanla qarşılaşacaq. Günün ən maraqla gözlənən görüşündə isə son dünya çempionu Fransa Almaniya ilə üz-üzə gələcək.

Avropa çempionatı

F qrupu, 1-ci tur

20:00. Macarıstan - Portuqaliya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Budapeşt, “Puşkaş Arena”

23:00. Fransa - Almaniya

Baş hakim: Karlos del Serro Qrande

Münhen, “Münhen Futbol Arenası”