Yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb Yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb
  • Fanat
  • 10 İyun 2022 22:42
  •  6 281

Mini futbol üzrə milli komandamız Avropa çempionatının finalına yüksəlib

Yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib.

Apasport.az saytının məlumatına görə, yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.

Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.