Qarşılaşmaya 225 romalı azarkeş gəlib Qarşılaşmaya 225 romalı azarkeş gəlib
  • Fanat
  • 17 Sentyabr 2022 10:59
  •  6 571

Qapısından beş top buraxan “Latsio” azarkeşlərin bilet pullarını qaytardı

Qarşılaşmaya 225 romalı azarkeş gəlib

İtaliyanın “Latsio” futbol klubu Avropa Liqasının qrup mərhələsinin II turunda Danimarkanın “Mityüllənd” komandası ilə qonaq oyununa gələn azarkeşlərinə biletlərin pulunu qaytaracaq.

Bu barədə “Latsio”nun mətbuat xidməti məlumat yayıb.

“Mityüllənd” - “Latsio” görüşü cümə axşamı Danimarkada keçirilib və 5:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Qarşılaşmaya 225 romalı azarkeş gəlib. İtaliya komandası tarixində dördüncü dəfə avrokubok oyununda öz qapısından 5 qol buraxıb.

Avropa Liqasının qrup mərhələsinin iki turundan sonra “Latsio” üç xalla F qrupunda üçüncüdür, “Mityüllənd” əlavə göstəricilərə görə italyanları qabaqlayaraq ikinci yerdə qərarlaşıb. (Oxu.az)