- Fanat
- 17 Oktyabr 2022 21:12
- 7 964
Dünya çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Quluzadə həlledici görüşə vəsiqə qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Aznews.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb.
Rəqibinə 8:0 hesabı ilə qalib gələn Quluzadə həlledici görüşə vəsiqə qazanıb.