Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda baş tutacaq Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda baş tutacaq
  • Fanat
  • 19 Oktyabr 2022 21:40
  •  7 974

Azərbaycan təmsilçisi Çağırış Kubokuna darmadağınla başlayıb

Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda baş tutacaq

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda mübarizəyə başlayıb.

Aznews.az-ın məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşmada Xorvatiya təmsilçisi nominal meydan sahibi olub. Görüş "Murov"un 3:0 (25:19, 25:18, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu oktyabrın 20-də eyni məkanda baş tutacaq.