Buna komandanın uğursuz nəticələri səbəb olub Buna komandanın uğursuz nəticələri səbəb olub
  • Fanat
  • 21 Oktyabr 2022 09:30
  •  7 411

Stiven Cerrard istefaya göndərilib

Buna komandanın uğursuz nəticələri səbəb olub

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, “Aston Villa” Stiven Cerrardla yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Klub rəhbərliyi ötən ilin noyabrından bu postu tutan Cerrardla vidalaşmağa üstünlük verib. Komandanın turnir cədvəlinin 17-ci pilləsində qərarlaşması birminhemliləri qane etmir.

Qeyd edək ki, “Aston Villa” dünən səfərdə “Fulhem”ə uduzub – 0:3.

AzNews.az