- Fanat
- 26 Oktyabr 2022 09:30
- 11 713
Messi yeni rekorda imza atdı
Çempionlar Liqasında
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ çərşənbə axşamı evdə "Makkabi"ni məğlub edib. Oyun 7:2 hesabı ilə başa çatıb.
Aznews.az xəbər verir ki, parislilərin heyətində Lionel Messi iki dəfə fərqlənib. Argentinalı 2-ci qolu cərimə meydanından kənarından vurduğu zərbə ilə qapıya göndərib. Messi üçün bu, Çempionlar Liqasında cərimə meydanından kənardan vurduğu 23-cü qolu idi.
Bu göstəriciyə görə o, 22 belə qolu olan portuqaliyalı Kriştianu Ronaldonu keçib və yeni rekorda imza atıb.