• Fanat
  • 11 Avqust 2024 18:49
  •  11 521

Azərbaycan Olimpiadada bu pillədə qərarlaşıb

Azərbaycanın Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında tutduğu pillə məlum olub.

Aznews.az xəbər verir ki, aktivində 2 qızıl, 2 gümüş, 3 bürünc medal olan Azərbaycan sıralamada Xorvatiya ilə birgə 30-cu pilləni bölüşüb.

Ümumilikdə 7 medal qazanan komandamız medal sayında Tokio Olimpiadası ilə bərabər nəticə göstərib.

Qeyd edək ki, qızıl medalları cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qazandırıb.