• Fanat
  • 9 İyul 23:49
  •  894

Karlos Teves Argentina klubunun baş məşqçisi təyin olunub

Argentina millisinin və bir sıra TOP klubların keçmiş hücumçusu Karlos Tevez "Atletiko Talyeres" futbol klubunun baş məşqçisi təyin edilib.

Aznews.az xəbər verir ki, 41 yaşlı sabiq futbolçunun qarşısına klubun Argentina çempionatının yüksək divizionundan düşməsinin qarşısını almaq vəzifəsi qoyulub.

Hazırda "Atletiko Talyeres" B zonasında 14-cü yeri tutur.

Tevez bu vəzifədə Dieqo Kokkanı əvəzləyib.