• Fanat
  • 14 İyul 22:17
  •  1 078

"Qəbələ" mövsümöncəsi ilk yoxlama oyununda "Şamaxı"ya qalib gəldi

Bu gün "Qəbələ" və "Şamaxı" komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Aznews.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub və meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qəbələ"nin heyətində Ziya Şəkərxanov və Salman Ələsgərov fərqləniblər. "Şamaxı"nın yeganə qoluna isə Santos imza atıb.

Qeyd edək ki, bu qarşılaşma hər iki komanda üçün mövsümlərarası fasilədə ilk yoldaşlıq oyunu olub.