• Fanat
  • 25 İyul 09:01
  •  1 594

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.

Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.

Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.

UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada Şelburn"u (3:0) məğlub edib. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində isə "Sabah" Moldovada "Petrokub"a (2:0) "Araz-Naxçıvan" isə Bakıda "Aris"ə (2:1) qalib gəlib. Bu turnirdəki üçüncü təmsilçimiz "Zirə" evdə "Hayduk"un (Xorvatiya) müqavimətini qıra bilməyib - 1:1.

AzNews.az