- Fanat
- 20:07
- 930
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, dünya çempionu olub

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Aznews.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşçiləri arasında ilk medalçılar bəlli olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov finalda ermənistanlı Yurik Mxitaryanla üz-üzə gəlib.12:5 hesabı ilə qalib gələn idmançımız dünya çempionu olub.
Yığmamız bununla turnirdə ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, sabah iki yunan-Roma güləşçimiz medal uğrunda yarışacaq.
AzNews.az