• Fanat
  • 28 Avqust 21:22
  •  1 014

ÇL: “Qarabağ”ın rəqibləri bəlli olub

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi baş tutub.

Tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunub.

Turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın rəqibləri bəlli olub.

IV səbətdə yer alan Ağdam təmsilçisinin bu mərhələdəki rəqibləri I səbətdən "Çelsi", "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" komandaları olub.

"Qarabağ"ın III səbətdəki rəqibləri "Ayaks", "Napoli", IV səbətdəki rəqibləri isə "Atletik" və "Kopenhagen" komandaları olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

Aznews.az