- Fanat
- 15:50
- 1 858
"Barselona"nın sabiq futbolçusu İran klubuna keçib

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Munir Əl-Haddadi karyerasını İranda daval etdirəcək.
Aznews.az xəbər verir ki, 30 yaşlı hücumçu "İstiqlal" komandasında çıxış edəcək.
Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, "Barselona"nın yetirməsi son olaraq İspaniyada "Leqanes"in formasını geyinib.