Avropa Kuboku: Azərbaycan millisi tarixində ilk dəfə finala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb.

Yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib.

Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.

AzNews.az