Fernandu Santuş istefaya göndərildi

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.

Portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verilib.

AFFA-nın Baş katibi Cahangir Fərəcullayevin sözlərinə görə, bu gün AFFA İcraiyyə Komitəsinin qərarı ilə qarşılıqlı razılaşma əsasında Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Azərbaycan millisi İslandiya ilə oyunda 5-0 məğlub olub.

Komandanı Ukrayna ilə bu günkü matça Ayxan Abbasov çıxaracaq.

AzNews.az