Tarixdə ilk dəfə marafonda dünya çempionunu foto-finiş müəyyən edib

Tokio marafonunda qalib foto-finişlə müəyyənləşdi

Tokioda keçirilən yüngül atletika turnirində ilk dəfə olaraq marafonun qalibi foto-finişlə müəyyənləşib.

Bu barədə Dünya Atletika Federasiyasının (World Athletics) saytında məlumat verilib.

Tanzaniyalı dünya çempionu Alfonse Feliks Simbu gümüş medal qazanan Amanal Petrosu cüzi fərqlə qabaqlayıb, baxmayaraq ki, Petros demək olar ki, bütün yarışı öndə aparıb. Hər iki idmançı 42,195 km məsafəni 2:09:48 nəticə ilə qət edib. İtaliyalı İlyass Auanı isə 2:09:53 vaxt göstəricisi ilə bürünc medal qazanıb.

Foto-finiş Simbu ilə Petros arasında cəmi 0,03 saniyəlik fərqi qeydə alıb. Bu, Tokio dünya çempionatında qalib ilə mükafatçı arasındakı ən kiçik fərq olub.

Mövsüm,

AzNews.az