Minimal hesab, böyük qələbə: Qalatasaray "Liverpul"u məyus etdi - 1:0

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna start verilib.

Türkiyənin turnirdə yeganə təmsilçisi "Qalatasaray" öz meydanında "Liverpul"u qəbul edib.

Gərgin keçən oyunda "aslanlar" minimal hesablı qələbə qazanıb.

Qolu 16-cı dəqiqədə Viktor Osimhen penaltidən vurub.

AzNews.az