- Fanat
- 4 Oktyabr 2025 20:43
- 6 508
III MDB Oyunları: Azərbaycanın voleybol millisi Rusiyaya uduzub
III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında növbəti oyunlar keçirilib.
Aznews.az xəbər verir ki, Azərbaycan millisi Rusiyaya 0:3 hesabı ilə uduzub.
Günün ilk qarşılaşmasında isə Belarus və Özbəkistan yığma komandaları arasında baş tutub. Görüş Belarus seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu oktyabrın 6-da Belarus millisinə qarşı keçirəcək.
Aznews.az