• Fanat
  • 4 Oktyabr 21:28
  •  1 439

Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında I tura bu gün yekun vurulub.

Aznews.az xəbər verir ki, son olaraq "Ordu" "Naxçıvan"la üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma "Ordu"nun qələbəsi ilə yekunlaşıb - 79:69.

Qeyd edək ki, daha əvvəl "Sabah" "Neftçi"ni (86:75), "Abşeron Lions" "Şəki"ni (91:80), "Gəncə" NTD-ni (90:85), "Lənkəran" "Sumqayıt"ı (93:82), "Quba" "Sərhədçi"ni (98:76) məğlub edib.