- Fanat
- 10 Oktyabr 23:23
- 1 550
Azərbaycan şahmatçıları Ermənistana qalib gəlib

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun partiyaları keçirilib.
Aznews.az xəbər verir ki, hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabıyla qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub.
Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadın şahmatçılardan ibarət komandamız da VI turda Ermənistan şahmatçılarını üstələyib.
Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə başa vurub. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Qeyd edək ki, sabah Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.