- Fanat
- 21:17
- 833
VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlayıb.
Aznews.az xəbər verir ki, "Al Janadryah"dakı tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Açılış mərasimində Azərbaycan bayrağını ağırlıqqaldırma üzrə idmançımız Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Xatırladaq ki, turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Ölkəmiz yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.