Bu gün Gəncədə aerobika gimnastikası üzrə Avropa çempionatına yekun vurulacaq

Gəncədə 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına bu gün yekun vurulacaq.

Aznews.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin üçüncü günündə finalçılar qüvvələrini sınayırlar.

Onlar bu mərhələdə qarışıq cütlük, fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər.

Qeyd edək ki, qitə birinciliyində ümumilikdə 20 ölkədən, 380 gimnast iştirak edir.